15 oktyabr 2012 00:22
Türkiyə çempionatında dava düşdü, oyun yarıda qaldı
Türkiyə PTT Birinci Liqasında keçirilən “Şanlıurfaspor” – “1461 Trabzon” arasında keçirilən matç başa çatmamış dayandırılıb. Azerisport.az xəbər verir ki, hakimin vaxtından əvvəl final fitini çalmasına səbəb oyunda dava düşməsi olub.
10-cu dəqiqədən etibarən 10 nəfərlə mübarizə aparan ev sahiblərinin 1:2 hesabı ilə geridə olduğu matçda qonaqların lehinə cərimə zərbəsi təyin olunub. Oyunun 34-cü dəqiqəsində baş verən hadisə iki komandanın yumruq davasına çevrilib. Futbolçular arasında yaranan münaqişə zamanı azarkeşlər də meydana daxil olub. Qarşılaşmanın baş hakimi Hüseyin Şabancı mühafizə dəstəsinin nəzarəti ilə paltardəyişmə otağına yollanıb.
Bu üzdən oyun yarımçıq dayandırılıb. Sözügedən matçla bağlı yaxın günlərdə qərar veriləcək.
