15 oktyabr 2012 00:33
Simurq Tiflis Dinamosu ilə bacarmadı
Gürcüstanda səfərdə olan "Simurq" Tiflis "Dinamo"sunun bazasında bu komanda ilə yoxlama görüşü keçirib. Azerisport.az xəbər verir ki, maraqlı və gərgin keçən qarşılaşmadan Zaqatala klubu 2:3 hesabı ilə məğlub ayrılıb.
Matçın ilk dəqiqələrindən üstün olan Gürcüstan çempionatının lideri 65-ci dəqiqəyə qədər “Simurq”un qapısından 3 cavabsız top keçirib. Yalnız bundan sonra özünə gələn “sarı-qaralar” Marçin Burhardın və Nicat Qurbanovun səyəsində buraxılan qollardan ikisinin cavabını verib. Oyunun sonlarına yaxın hesabı bərəbərləşdirmək üçün də şansları olan "Simurq" bundan yararlana bilməyib.
Dinamo – Simurq – 3:2
Qollar: Xisko, 20-pen, Alvaro, 47, Seturidze, 54 - Marçin 65, Nicat Qurbanov, 71.
DİNAMO: Zarkua (Sepiaşvili, 46), Qvelesiani, Rexviaşvili (Qlişiç, 46), Dzaria, Jiqauri (Lekvtadze, 60), Kvaratsxeliya, Seturidze, Merebaşvili (Qabaşvili, 78); Alvaro, Xisko (Robertinyo, 46), Voskoboynikov (Dvali, 60).
Baş məşqçi: Duşan Uqrin
SİMURQ: David Petrkeviç, Aleksandr Şemonayev (Mehman Məmmədov, 74), İlkin Qırtımov (Nicat Qrbanov, 46), Rasim Ramaldanov, Dilaver Zrnanoviç (Rüstəm Məmmədov, 74), Qərib İbrahimov (Ruslan Poladov, 46), Murad Səttarlı (Zdravko Popoviç, 32), Stepan Polyak, Marçin Burhard, Asif Mirili, Nenad Stoyanoviç (Rəşad Eyyubov, 77).
Baş məşqçi: Georgi Çixradze.
