15 oktyabr 2012 00:38
“Bu, oyunumuza psixoloji təsir göstərdi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Tiflis “Dinamo”suna qarşı keçirdikləri yoxlama oayunu haqqında fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis bu yoxlama görüşünün növbəti turda "İnter"lə oyuna hazırlıq məqsədi daşıdığını qeyd edib:
"Oyunun ümumi mənzərəsinə baxsaq, onu deyə bilərəm ki, bir neçə səhvlərimiz oldu. Problem onda oldu ki, heç nədən rəqibə penalti zərbəsi qazandırdıq. Qarşılaşmanın əvvəlində belə qol buraxmağımız oyunumuza psixoloji təsir göstərdi. Ümumiyyətlə, birinci hissənin əvvəli bizim üçün yaxşı başlamadı və fasiləyə 0:1 geridə yollandıq. İkinci hissədə isə standart vəziyyətdən yenidən qapımızda qol gördük. Daha sonra 0:3 hesabı ilə geri düşdük. Ancaq bunlardan ikisinin əvəzini çıxa bildik və ard-arda hücumlar təşkil etdik. Ən əsası o idi ki, güclü rəqiblə yoxlama görüşü keçirdik. Bu, bizim növbəti turda “İnter”lə oyuna hazırlıq məqsədi daşıyırdı". (klub saytı)
