15 oktyabr 2012 11:51
Türkiyəli azarkeşlər klubun bazasına hücum etdilər
Türkiyə üçüncü liqasında mübarizə aparan “Diyarbekirspor” klubunun bazasına hücum olunub. Azerisport.az xəbər verir ki, dünən keçirilən “Erzurum BB” matçında məğlub olan Diyarbəkir təmsilçilərinin bazasına azarkeşlər hücum edib.
“Atatürk” stadionundan bazaya qədər piyada yürüş edən azarkeşlər bazanın pəncərələrini sındırıb. Binanın daxilində olan əşyaları yararsız hala salan fanatlar polislərin gəlişindən sonra hadisə yerindən uzaqlaşdırılıb.
