16 oktyabr 2012 12:28

“Bu oyun Azərbaycan futbolunun tərəqqisini bir daha təsdiqləyə bilər”

“İnter”in yarımmüdafiəçisi Samir Zərgərov müsahibəsində mövsümün startından danışıb, Premyer Liqada rəqabətin güclənməsi barədə fikirlərini bölüşüb, “Simurq”la gözlənilən matçdan bəhs edib və Azərbaycan milli komandasının Rusiya yığmasıyla şanslarını dəyərləndirib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- 8 tur artıq arxada qalıb. Mövsümün startını qiymətləndirməyi xahiş edirik.
- Deyə bilərəm ki, çempionat çox maraqlı keçir. Cari mövsümdə çox sürprizlər var, bəzi komandaların yaxşı çıxış etməsi əsl sürpriz oldu. Biz mövsümə pis başlamadıq və son 4 qarşılaşmanın 3-də 100 faizlik nəticə əldə etməyi bacardıq. İnşallah, uğurlu seriyanı davam etdirərik. Məqsədimiz çempionluqdu.
 
- Sürpriz komandalardan bəhs etdiniz. Deyə bilərsiniz, çempionatda “İnter”in əsas rəqibləri hansı komandalardır?
- Bilirsiniz, əgər ötən il çempionatda 7-8 güclü komanda vardısa, indi onların sayı kəskin artıb. Premyer Liqada zəif komanda qalmayıb. Meydana çıxan zaman rəqibdən daha çox qaçmalıyıq, mütləq çalışmalıyıq,əks təqdirdə xal itirə bilərik. Yəni demək istəyirəm ki, qələbə üçün hər oyunda tam gücümüzü ortaya qoymalıyıq.
 
- Növbəti turda “İnter”i çempionatın hazırkı lideri “Simurq”la matç gözləyir. Qarşıdakı oyun barədə və rəqib komanda haqqında nə deyə bilərsiniz?
- Etiraf edim ki, bu mövsüm mən “Simurq”un oyununa baxmamışam, lakin turnir cədvəlində 1-ci yerdə olduğunu nəzərə alsaq, belə demək olar ki, rəqib çox yaxşı komandadır. Bu komandanın sükanı arxasında ötən mövsüm birlikdə çalışdığımız Giorgi Çixradze dayanır. O, çox yaxşı insan və məşqçidir. Bir sözlə, bizi çox çətin matç gözləyir.
 
- Bu mövsüm ötən mövsümlə müqayisədə meydana daha az çıxırsınız. Yəqin əsas heyətdəki itirdiyiniz yeri qaytarmaq istəyirsiniz?
- Təbii ki, hər bir futbolçu əsas heyətdə oynamaq istəyir. “İnter”də hər futbolçuya şans verilir. Əgər məşqçi əsas heyətdə oynamağı mənə etibar edərsə, o zaman böyük arzuyla mənə göstərilən etimadı doğrultmağa çalışaram.
 
- Bu mövsümdə komandada rəqabət hissediləcək dərəcədə güclənib. “İnter”ə bir çox yaxşı futbolçu gəlib. Yeni futbolçular haqqında nə deyə bilərsiniz?
- Siyahını yaxşı futbolçular tamamlayıblar. Onlar çempionluq yolunda komandaya kömək etməlidirlər.
 
- Bu gün Dünya Çempionatı 2014 seçmə turniri çərçivəsində Azərbaycan səfərdə Rusiya milli komandasına qarşı oynayacaq. Bu matçla bağlı proqnozlarınızı bilmək istərdik.
- İstərdim ki, komandamız vətənə müsbət nəticəylə qayıtsın. Bu matç Azərbaycan futbolunun tərəqqisini bir daha təsdiqləyə bilər. Unutmamaq lazımdır ki, bizi hissediləcək dərəcədə üstələyən milli komandayla oynayırıq. Odur ki, bu oyunda hətta məğlubiyyət faciə kimi qiymətləndirilməməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.