16 oktyabr 2012 00:57
Azərbaycanın Rusiya ilə matçına giriş pulsuz olacaq
Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçı öncəsi bu iki ölkənin veteran futbolçuları da qarşılaşacaqlar. Azerisport.az xəbər verir ki, qarşılaşma əsas yığmaların üz-üzə gələcəyi Moskvadakı “Lujniki” stadionunda baş tutacaq.
Görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Rusiya Futbol İttifaqının yaydığı məlumata görə, oyuna giriş pulsuz olacaq.
Qeyd edək ki, bu oyunda Rusiyanın veteranlardan ibarət yığmasının heyətində Aleksey Prudnikov, Yuri Kovtun, Vadim Yevseyev, Axrik Tsveyba, Yeqor Titov, Sergey Kiryakov, Valeri Şmarov, Dmitri Kuznetsov, Dmitri Xlestov, Valeri Keçinov, Aleksandr Şmarko, Aleksandr Orlov, Valeri Xaçanyan, Karen Safarov, Aleksandr Mirzoyan, Ernest Markarov kimi futbolçular çıxış edəcəklər.
Azərbaycan millisinin heyətinə isə bunları daxildilər: Hüseyn Məhəmmədov, Arif Əsədov, Aslan Kərimov, Səttar Əliyev, Elmir Xankişiyev, Rüfət Quliyev, Əli Abışov, Zaur İsmayılov, Musa Qurbanov, Samir Ələkbərov, İlqar Hüseynov, Şahin Diniyev, Ədahim Niftəliyev, İsgəndər Cavadov, Nazim Süleymanov, Rüstəm Rəhimov, Səməd Qurbanov, Ələkbər Məmmədov, Oqtay Abdullayev.
