16 oktyabr 2012 12:42

Lənkərana 10-cu səfər

Topaz Premyer Liqasının 9-cu turunda oktyabrın 21-də “Qəbələ” səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu qarşılaşma rəqiblər arasında 19-cu duel olacaq. İndiyədək baş tutan 18 matçdan 16-sı çempionat, 2-si kubok çərçivəsində keçirilib.
 
“Qəbələ” ümumilikdə 3 dəfə qalib gəldiyi görüşlərdə 11 dəfə məğlub olub. Daha 4 oyunun heç-heçə bitdiyi görüşlərdə top fərqi də lənkəranlıların xeyrinədir – 30:14. 
 
Çempionatda baş tutan 16 görüşdə “Qəbələ” 3, “Xəzər Lənkəran” 10 dəfə 3 xala sevinib. 3 dəfə komandalar hərəyə 1 xal əldə ediblər. Burada top fərqi cənubluların 26:12-lik üstünlüyünü göstərir. “Qəbələ” 10-cu dəfə yollandığı səfər oyunlarında 1 dəfə qalib gəlib, 2 dəfə heç-heçə etdiyi rəqibə 6 dəfə uduzub. Lənkəranda 7 qola sevinən “Qəbələ” 17-ni buraxıb.
 
- “Xəzər Lənkəran”la əvvəlki 18 oyunda 88 futbolçu “Qəbələ” formasında çıxış edib.
- Abdulkader Kamara və Pavel Doroşev 9, Lyubo Baranin 8 matçda lənkəranlılara qarşı oynayıb.
- Bi oyunlarda Abdulkader Kamara və Pavel Doroşev 810, Lyubo Baranin 720 dəqiqə meydanda olub.
- “Qəbələ”nin 12 futbolçusu “Xəzər Lənkəran”ın qapısına qol vurub. Onlardan ikisi - Lyubo Baranin və Turnike Aptsiauri 2 dəfə fərqlənib.
- Abdulkader Kamara, Milan Antiç, Deon Barton, Viktor Mendi, Anatoli Ostap, Aleksandr Çertoqanov, İqor Melnik, İbrahim Hüseynov, Tomaş Stolpa və Camal Məmmədov “Xəzər Lənkəran”ın qapısına 1 qol vurub.
- Cənublularla matçlarda 2 futbolçu – Aleksandr Çertoqanov və Zurab Mamaladze qırmızı vərəqə alıb.
- 31 futbolçu bu matçlarda vərəqə ilə cəzalanıb. Vurğun Hüseynov 5, Aleksandr Çertoqanov 4 dəfə önündə vərəqə görüb.
- “Qəbələ” futbolçuları ümumilikdə 2-si qırmızı olmaqla 48 dəfə vərəqə ilə cəzalanıb.
- “Xəzər Lənkəran”la oyunlarda 7 qapıçı meydana çıxıb.
- Cahangir Həsənzadə 1, Qrem Smit 2, Zurab Mamaladze və Nadir Şükürov hərəyə 3, Elnar Kərimovla Xəyal Zeynalov jərəyə 4, Pavel Doroşev 13 qol buraxıb.
- “Qəbələ” - “Xəzər Lənkəran” oyunlarında 1 avtoqol qeydə alınıb. İrakli Vaşakidze 2008-ci il aprelin 9-da ev oyununda “Qəbələ” azarkeşlərini avtoqolla məyus edib.
- “Xəzər Lənkəran”la oyunlarda rəqib qapısına 2 penalti təyin olunub. Anatoli Ostap dəqiq olubsa, Samir Zərgərov bu şansdan yararlanmayıb.
- “Qəbələ”nin qapısına təyin olunan yeganə penalti isə Pavel Doroşevin qapısını toxunulmaz saxlaması ilə nəticələnib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.