16 oktyabr 2012 13:16
AFFA və UNICEF-dən növbəti birgə tədbir
AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da AFFA və UNICEF-in birgə tədbiri keçirilib. Azerisport.az xəbər verir ki, tədbirin əsas məqsədi AFFA ve UNICEF-in sosial yönümlü əməkdaşlığının işıqlandırılması olub.
Əməkdaşlığın əsas hədəf qrupu U-17 UNICEF qızlar liqasında cıxış edən futbol klublarıdır. Tədbir zamani UNICEF tərəfindən dəstəklənən 17 yaşadək qızlardan ibarət komandaların çıxış etdiyi liqanın iştirakçılarının məşq prosesi UNICEF çəkiliş qrupu tərəfindən işıqlandırılıb.
