16 oktyabr 2012 13:29

Şakira AFFA-nın tədbirində (FOTO)

AFFA ve UNICEF artiq bir ildən çoxdur ki əməkadaşlıq edir və bu əməkdaşlıq çərçivəsində bir neçə tədbir keçirilib. Azerisport.az xəbər verir ki, tədbirlərin əsas hissəsini tədris yönümlü təlimlər təşkil edir. Belə tədbirlərdən biri də  oktyabrın 12-də keçirilib. Bu tədbir zamanı  UNICEF-in xoşməramlı səfiri Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən 17 yaşadək qızlardan ibarət futbol liqasının bir qrup oyunçusu ilə görüşüb.
 
Şakira sağlam həyat tərzi haqqında məlumatlılığı, qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib.
 
"İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər üzündən bir çox qızların edə bilmədiyi digərləri ilə sosial ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər", - Şakira deyib.
 
UNICEF  və Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) inklüziv idman mühitini və qızların idmanda iştirakını təşviq etmək üçün öz səylərini birləşdiriblər. Bu səylərin bir hissəsi olaraq UNICEF yeniyetmə qızları sağlam həyat tərzi, yaşam bacarıqları və uşaq hüquqları haqqında biliklər vasitəsilə səlahiyyətləndirir. Milli liqanın qızlardan ibarət oyunçuları nümunəvi qızlar və qızların idmana cəlb edilməsinin təşviqatçıları qismində çıxış edirlər.
 
Qız oyunçularla söhbət zamanı müzakirə olunan önəmli mövzulardan biri də erkən nikahlar məsələsi olub. Son zamanlar aparılmış tədqiqat zamanı məlum olub ki, erkən nikahlar müşahidə olunmaqda davam edir, çünki bəzi valideynlər hələ də öz qızlarının təhsillərini davam etdirməsini deyil, erkən yaşda nikah qurmasını məqbul hesab edirlər və düşünürlər ki, təhsilə daha çox oğlanların ehtiyacı var. Təhsil yeniyetməlik dövründə hamiləlikdən və uşaq doğumundan qaynaqlanan sağlamlıq üçün riskləri, sosial məhdudiyyətləri və qızlar və onların dünyaya gətirdiyi uşaqlar üçün digər zərərləri şərtləndirən qızlar arasında erkən nikahların qarşısının alınmasına yardım edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.