16 oktyabr 2012 13:35

Cavid Hüseynov: Niyə də Rusiyanı Moskvada məğlub etməyək?

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Adana Demirspor” klubunun futbolçusu Cavid Hüseynov azerisport.az saytının sullarını cavablandırıb.
 
- Rusiya – Portuqaliya matçından sonra sizdə pessimizm yaranmayıb?
- Ruslar həmin oyunda həm müdafiədə, həm də hücumda yaxşı futbol sərgilədilər. Amma bu, bizi ruhdan sala bilməz. Komandamızda yaxşı atmosfer var. Yaxşı hazırlıq dövrü keçirmişik. Mübarizə aparmağa hazırıq.
 
- Oyuna hansı ümidlərlə yollanmısız?
- Biz həmişə meydana qələbə üçün çıxırıq. Niyə də Rusiyanı Moskvada məğlub etməyək?

 
- Amma Portuqaliya ilə son oyunda meydana qələbə üçün çıxdığınız qətiyyən hiss olunmurdu. Rusiya ilə görüşdə də elə olacaq?
- Həmin oyunda güclü rəqiblə üz-üzə idik və buna görə əsas diqqəti müdafiəyə yönəldib, əks-hücumlara bel bağlamışdıq. Məsələn, Cihan Özkaranın yaxşı qol vəziyyəti olsa da, o, bundan yararlana bilmədi. Rusiyaya qarşı necə oynayacağımızı isə hələlik bilmirəm. Baş məşqçi necə desə, elə olacaq.
 
- Azarkeşlər real olaraq, yığmadan nə gözləyə bilərlər?
- Biz rəqibə layiqli müqavimət göstərmək istəyirik. Necə alınacağını oyun göstərəcək. Komandamızda əsas üstünlük anlaşma səviyyəsinin yüksək olmasıdı. Bundan istifadə etmək lazımdı. Qələbə istəyi də bizim tərəfimizdədi.
 
- “Adana Demirspor”dakı işləriniz necə gedir?
- Biz nəhayət qələbə qazanmağa başlamışıq. Bunun sayəsində turnir cədvəlində də durumumuz yaxşllaşır. Qələbə qazanmağa davam etmək lazımdı.
 
- Son oyunlarda meydana çıxmamağınız nə ilə bağlıdı?
- Komandada yeni baş məşqçi var. Onun gəlişindən sonra komanda uğur qazanmağa başlayıb. Təbii ki, bu üzdən o, heyəti dəyişmək istəmir. Amma zamanla bu problemi yoluna qoyacağam.
 
- “Adana Demirspor”da başqa probleminiz də var?
- Bəli, klub digər futbolçular kimi mənim də pulumu ödəməyib. Hələ bir ay öncə pulumuzun veriləcəyi vəd olunsa da, klub rəhbərliyi tələsmir. “Adana Demirspor”un prezidenti ilə görüşmüşəm. O, məni inandırdı ki, klub bizə borclu qalmayacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.