16 oktyabr 2012 13:44
Galatasarayın prezidentinə qarşı məhkəmə işi açıldı
Türkiyənin “Galatasaray” klubunun prezidenti Ünal Aysala qarşı məhkəmə işi açılıb. Azerisport.az xəbər verir ki, Aysal fırıldaqçılıqda günahlandırılır.
Klub prezidentindən əlavə komandanın idman direktorlarına da cinayət işi açılıb.
Dövlət ittihamçısı 2011-ci il mayın 14-də Aysalın kluba gələrkən hissələrin 430 TL, indi isə 180 TL olmasını bildirib. Bundan əlavə hissə satışına yol verməyəcəyini bildirən klub prezidenti bir il ərzində 800 min hissə sataraq, 168 milyon lirə gəlir əldə edib.
