16 oktyabr 2012 21:55
Millimiz Rusiyadan məğlub qayıdır (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin üçüncü oyununda Rusiya ilə qarşılaşıb.
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Rusiya artıq bir seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. DÇ-2010-un seçmə mərhələsində şimal qonşularımıza səfərdə 0:2 hesabıyla uduzmuşdu, Bakıda 1:1 hesablı heç-heçəyə nail olmuşduq.
Rusiya bu oyunadək keçirdiyi hər üç matçda qələbə qazanmışdı və itkisiz irəliləyirdi. Fabio Kapellonun yetirmələri hələ qapısından qol da buraxmamışdı. Təəssüf ki, yığmamız da rusların bu seriyalarına son qoya bilməyib. Komandamız inamla müdafiə olunsa da, son dəqiqələrdə qapımıza təyin olunan penalti nəticəsində görüşdən minimal hesablı məğlubiyyətlə ayrılıb.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
16 oktyabr
RUSİYA – AZƏRBAYCAN - 1:0 (0:0)
Qol: R.Şirokov, 84-pen (1:0).
Moskva. “Lujniki” stadionu.
Hakim: Aleksandr Stavrev (Makedoniya).
Oyun başladı
3. Yığmamız oyuna fəal başlayıb
4. Komandamız artıq 3 ardıcıl künc zərbəsi yerinə yetirsə də, bunlardan yararlana bilmir
8. Yığmamız 4-cü korneri uğursuz yerinə yetirir
14. Medvedev sarı vərəqə ilə cəzalanır
15. Kombarovun uzaq məsafədən cərimə zərbəsi qapıdan yan keçir
17. Rusların təhlükəli hücumu zamanı Kamran yaxşı oynayır
19. Denisovun təhlükəli zərbəsi qapıdan yan keçib
23. Kokorinin başla endirdiyi zərbənin qarşısını Kamran alır
25. Kokorinin çox hiyləgər zərbəsi zamanı komandamızın bəxti gətirir
26. Kamran rusların təhlükəli hücumu zamanı topu kornerə çıxarır
27. İqnaşeviç rusların ilk künc zərbəsi zamanı başlqa dəqiq zərbə endirə bilmir
28. Çertoqanovun uzaqdan zərbəsi zamanı top qapıdan çox yan keçir
30. Kerjakovun topa saxlamadan zərbəsi zamanı top qapı çatına tuş gəlir
32. V.Cavadov da sarı vərəqə alır
37. Ruslar təhlükəli nöqtədən cərimə zərbəsi vururlar: Top canlı səddə dayanan Vüqarın əlinə toxunur
38. V.Nadirov sarı vərəqə ilə cəzalanır
39. Kombarovun cərimə zərbəsini Ağayev kornerə çıxarır
40. Rusların korner vuruşu zamanı Kamran topa sahib çıxır
42. Kombarov demək olar ki, boş qapını nişan ala bilmir
43. K.Ağayev də sarı vərəqə alır
43. Denisovun çox təhlükəli zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Rusiya millisində Fayzulini Qluşakov əvəzləyir
46. Millimizdə isə isə V.Nadirovun əvəzində meydana C.Hüseynov çıxır
50. Ruslar ikinci hissəyə daha fəal başlayıblar
53. Subaşiç rusların cərimə zərbəsi zamanı topu az qala öz qapımıza göndərəcəkdi. Son anda Kamran topu kornerə çıxarır
54. Korner zamanı futbolçularımız təhlükəni sovuşdururlar
57. V.Berezutski Vaqifə qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır
62. A.Səmədov V.Bıstrovla əvəzlənir
63. Yığmamızda isə Subaşiçin əvəzində meydana R.Əmirquliyev çıxır
65. Rusların növbəti korner zərbəsi zamanı futbolçularımız topu uzaqlaşdırırlar
68. Yenə meydan sahibləri korner yerinə yetirir: hər şey millimiz üçün yaxşı bitir
68. Qluşakovun uzaqdan zərbəsi qapıdan yan keçir
69. Rahid də oxşar zərbə ilə yadda qalır
71. Qluşakovun zərbəsini Kamran çətinlik çəkmədən tutur
73. Şirokovun yaxın məsafədən çox təhlükəli zərbəsini Kamran mükəmməl reaksiya ilə dəf edir
79. Kerjakovu A.Dzaqoyev əvəzləyir
82. Ə.Gökdəmir Bıstrovu yıxdığı üçün qapımıza penalti təyin olunur
84. Şirokov penalti zərbəsini dəqiq yerinə yetirir - 1:0
84. Çertoqanovun əvəzində meydana R.Əliyev çıxır
90. Rusların korner vuruşu zamanı İqnaşeviçin baş zərbəsi qapının üstündən keçir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
RUSİYA: 1. İqor Akinfeyev, 22, Andrey Yeşenko, 14, Vasili Berezutski, 4. Sergey İqnaşeviç, 23. Dmitri Kombarov, 18. Roman Şirokov, 7. İqor Denisov (k), 20. Viktor Fayzulin, 19. Aleksandr Səmədov, 11. Aleksandr Kerjakov, 9. Aleksandr Kokorin.
Ehtiyat oyunçular: 12. Vladimir Qabulov, 13. Anton Şunin, 3. Vladimir Qranat, 16. Diniyar Bilyaletdinov, 17. Artyom Dzyuba, 21. Dmitri Tarasov, 8. Denis Qluşakov 5. Renat Yanbayev, 10. Alan Dzaqoyev, 6. Aleksey Berezutski, 18. Vladimir Bıstrov, 2. Maksim Qriqoryev.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 4. Mahir Şükürov (k), 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov, 9. Cihan Özkara, 10. Branimir Subaşiç, 13. Əli Gökdəmir, 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 18. Maksim Medvedev, 21. Vladimir Levin.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 3. Aqil Nəbiyev, 5. Murad Ağayev, 6. Elhad Nəziri, 11. Rauf Əliyev, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev.
|
1
|
Rusiya
|
4
|
4
|
0
|
0
|
8 - 0
|
8
|
12
|
|
2
|
Portuqaliya
|
3
|
2
|
0
|
1
|
5 - 2
|
3
|
6
|
|
3
|
İsrail
|
3
|
1
|
1
|
1
|
7 - 5
|
2
|
4
|
|
4
|
Şimali İrlandiya
|
2
|
0
|
1
|
1
|
1 - 3
|
-2
|
1
|
|
5
|
Azərbaycan
|
3
|
0
|
1
|
2
|
1 - 5
|
-4
|
1
|
|
6
|
Lüksemburq
|
3
|
0
|
1
|
2
|
2 - 9
|
-7
|
1
|
