16 oktyabr 2012 14:29
Azərbaycan çempionatında hakim döyüldü, oyun yarıda qaldı, baş məşqçi 20 oyunluq cəza aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal üzrə Azərbaycan çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Şəmkir” – “Neftçi” İSM matçında “Şəmkir” iştirak etmədiyi üçün bu kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
“Şəmkir” – “Neftçi” İSM matçında “Şəmkir” iştirak etmədiyi üçün bu kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
“Baku Flames” – “Ekol” matçının 10-cu dəqiqəsində “Baku Flames” klubunun futbolçusu Saleh Əzizov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
PSL – “Azekolab” matçının 25-ci dəqiqəsində PSL klubunun futbolçusu Ceyhun İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Neftçi” İSM – “Metro Air” matçının 29-cu dəqiqəsində “Metro Air” klubunun futbolçusu Mirzə Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb.
“Baku Fire” – “Fənərbağça” matçının 30-cu dəqiqəsində “Baku Fire” klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırılıbr. Baş vermiş hadisəyə görə kluba aşağıdakı cəzalar tətbiq olunub:
- “Baku Fire” klubunun baş məşqçisi Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərdiyi üçün 20 oyunluq cəzalanıb və cəza müddəti başa çatana kimi oyun keçirilən arenaya buraxılmayacaq. Adıçəkilən çəkilən şəxsin peşəkar və ya həvəskarlar liqalarda məşqçi və ya futbolçu kimi fəaliyyəti cəza müddəti başa çatana kimi dayandırılıb.
- “Baku Fire” klubunun məşqçisi Əşrəf Əliyev hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Komandanın futbolçuları Rüfət Rzayev, Ümid Paşayev və İbrahim Zeynalov isə hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıblar.
- “Baku Fire” klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırıldığı üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
- Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.
