16 oktyabr 2012 14:37
AFFA-dan 0:5 hesablı texniki məğlubiyyət
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal üzrə həvəskarlar Azərbaycan çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Metropoliten” – “Okean” matçının 22-ci dəqiqəsində “Okean” klubunun futbolçusu Hüseyn Feyzullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Akkord” – “Bolluq” matçının 42-ci dəqiqəsində “Akkord” klubunun futbolçusu Cəlal Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıv.
“Sportinq” – MU matçında MU klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
