16 oktyabr 2012 14:54
Qurban Qurbanov: Rusiya ilə oyunda qələbə də qazana bilərik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yığmamızdan yaxşı oyun və müsbət nəticə gözləmək olar. Fikrimcə, komandamızın ifasında bu oyunda Braqadakından çox şey alınacaq. Rusiya Portuqaliya ilə görüşdə çox güc itirdi. Özü də mən yığmamızın maksimum heç-heçəyə nail olmaq gücündə olması barədə fikirlərlə razı deyiləm. Biz daha artığına da ümid edə bilərik. Şəxsən mən buna inanıram. Niyə? Birincisi, rəqib yorğundu. Üstəlik, onlarda Portuqaliya oyunda olan qələbə istəyi hazırda yoxdu. Rusiya bizə tanış ölkədi. Onların necə futbol oynadıqlarını da gözəl bilirik. Uşaqlar da Rusiyaya inamlı yollanıblar. Yaxşı nəticə ilə qayıda bilərlər”.
