16 oktyabr 2012 15:25

Samir Ələkbərov: Bizim futbolçuların Rusiyaya qol vuracağına inanmıram

Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Samir Ələkbərov millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
- Yığmamızın Rusiya ilə oyunundan nə gözləyirsiz?
- Ola bilsin ki, Rusiya Portuqaliya üzərindəki qələbədən sonra Azərbaycana o qədər də ciddi yanaşmasın. Çünki adətən bütün favoritlər bizim yığmaya yuxarıdan aşağı baxırlar. Bu, bizə sərf edir.
 
- Yığmamız üç il öncə də Moskvada bu komanda ilə qarşılaşmışdı. İndiki komanda daha güclüdü, yoxsa 3 il əvvəlki?
- Məncə, Hiddinkin dövründəki yığma daha güclü idi. Kapelloya hələ vaxt lazımdı. Əminəm ki, bu tsiklin sonunda onlar daha güclü olacaqlar. İtaliyalı mütəxəssis Arşavin, Pavlyuçenko kimi futbolçuları yığmadan kənarlaşdırmaqla düzgün addım atdı. Məgər onlar futbol oynayırlar ki? Azərbaycanda elədi. Berti Foqtsun əlinin altında 11 futbolçu var. Onlardan da hansısa zədələnən kimi başağrısı olur. Kapelloda isə seçim imkanı genişdi.
 
- Hazırda yığmamızda hansı xətt daha güclüdü?
- Müdafiə. Bizimkilər hücum edə bilir ki? Yığmanın hücumçuları ümidləri doğrultmurlar. Çempionatda da ancaq legionerlər qol vururlar. Bu üzdən Foqts da hücumdakı problemləri yoluna qoya bilmir.
 
- Onda biz Rusiyaya necə qol vura bilərik?
- Mən yığmamızın Rusiyaya qol vuracağına inanmıram. Hücumçulardan yalnız Rauf Əliyev normal oynayır. O da ideal formasından uzaqdı. Bizim işimiz ancaq müdafiə olunmaqdı. Portuqaliya ilə oyunda necə müdafiə olunurduqsa, bu gün də elə olacaq.
 
- Yığmaya legioner futbolçuların dəvət olunmasına necə baxırsız?
- Əgər həmin futbolçular öz ölkələrinin yüksək liqasında oynamırsa, bizim nəyimizə lazımdılar? Foqtsun dəvət etdiyi bütün futbolçular ya birinci, ya da ikinci divizionda çıxış edirlər. Bir müddət sonra bizdə heç veteranlar da olmayacaq, hamısı milliləşdirilmişlər olacaq.
 
- Yeri gəlmişkən, siz Rusiyanın veteranlarına qarşı oynamalısız. Bu oyundan nə gözləyirsiz?
- Adətən belə oyunlarda tərəflər heç-heçəyə razılaşırlar. Amma bu dəfə belə olmayacaq. Biz qələbəyə oynayacağıq. Bizim uğurumuz yığmamıza da təsir edə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.