16 oktyabr 2012 15:38
Rusiya – Azərbaycan matçına 60 mindən çox bilet satılıb
Futbol üzrə Rusiya və Azərbaycan yığmaları arasında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 60 min bilet satılıb.
Bu isə proqnozlaşdırılandan daha artıq göstəricidi. Belə ki, ruslar “Lujniki”də keçiriləcək bu oyuna 50 min azarkeş toplanacağını gözləyirdilər. Lakin göründüyü kimi, qarşılaşmanı 60 mindən çox azarkeş izləyəcək. Onların arasında 1000-dən çox azərbaycanlı futbolsevərin də olması gözlənilir.
Qeyd edək ki, Rusiya – Azərbaycan matçının keçiriləcəyi bu arena 85 min azarkeş tutumuna malikdi.
