16 oktyabr 2012 15:49
Millimizin üzvü məşqlərə başladı (FOTO)
Türkiyənin “Erciyesspor” klubu Super Liqanın növbəti turunun “Karabükspor”la oyununun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, məşqlərdə futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq da iştirak edib.
Lakin o, komanda ilə birgə yox, özü kimi zədəli olan futbolçularla məşq edib. Daha doğrusu onlar həkimlərin nəzarəti altında hələlik yüngül qaçışlarla kifayətlənirlər. Millimizin üzvünün bərpa prosesini nə vaxt başa vuracağı və komanda ilə çalışmalara başlayacağı hələlik dəqiq bilinmir.
Qeyd edək ki, Ufuk DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail (1:1) və Portuqaliya (0:3) ilə oyunlar zamanı millimizin düşərgəsində olarkən zədələnmişdi. Zədəsi çox ciddi olduğu üçün o, hətta Almaniyada əməliyyat da olundu.
