16 oktyabr 2012 16:26
Yunis Hüseynov: Real baxsaq, Rusiya bizim üçün çox güclü rəqibdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamıza çətin olacaq. Bu, şübhə doğurmur. Rəqib öz liderliyini möhkəmləndirmək istəyindədi. Portuqaliyanı məğlub edən komanda Azərbaycanla oyunda səhv etməyi ağlından belə keçirməz. Amma çox istərdim ki, komandamız bu görüşdə uduzmasın. Real baxsaq, Rusiya bizim üçün çox güclü rəqibdi. Fabio Kapello bu komandanı daha da gücləndirib. Futbolçularımız var güclərini meydanda qoymalıdılar. Bir az da bəxtə ümid etməliyik. Yalnız bu halda uğur qazana bilərik”.
