16 oktyabr 2012 16:35
“Qoy Rusiya bilsin ki, biz bura məğlub olmaq üçün gəlməmişik”
Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Aydın məsələdi ki, Rusiya bu gün bizdən çox güclüdü. Amma komandamızın da bu oyunda göstərəcəyi nələrsə var. Futbolda istənilən rəqibə qarşı layiqli mübarizə aparmaq olar. İnanıram ki, yığmamız Moskvada layiqli oyun sərgiləyəcək. Futbolçular və məşqçilər korpusu bu oyunun bizim üçün nə dərəcədə önəmli olduğunu başa düşməlidilər. Son oyunlarda yığmamızda bəzi problemlərin olduğu diqqət çəkir. Amma istənilən halda qoy Rusiya bilsin ki, biz bura uduzmaq üçün gəlməmişik. Hər şey futbolçularımızdan asılıdı”.
