16 oktyabr 2012 17:00
Elvin Məmmədov: Moskvada açıq futbol oynamaq millimizə baha başa gələr
“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, yığmamız Moskvada açıq futbol oynamamalıdı. Rusiya yığmasının hücumları çox təhlükəli ola bilər. Bizimkilər nəticə qazanmaq üçün komanda oyunu sərgiləməlidilər. Həyəcanlanmamalıyıq. Çünki əksər futbolçularımız artıq “Lujniki” stadionunda meydana çıxıb. Əgər müdafiədə diqqətli oynasaq, əks-hücumlardan yaxşı yararlansaq, yaxşı nəticə ilə qayıda bilərik. Heç-heçə çox yaxşı nəticə olardı. Futbolçularımız azarkeşlərimizi sevindirməlidilər”.
Qeyd edək ki, Elvin Məmmədov Moskvaya aparılan heyətə daxil edilməyib.
