16 oktyabr 2012 17:38
21 futbolçuya bir qol
Bu gün futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Rusiyanın qonağı olacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts bu oyun üçün Moskvaya 21 futbolçu aparıb.
Bu üzdən də biz həmin futbolçuların klublarındakı son oyunlarında nə ilə yadda qaldıqlarını diqqətinizə çatdırmağa qərar verdik. Nə qədər acınacaqlı durum olsa da, qeyd etməliyik ki, bu 21 futbolçudan son turda yalnız biri qol vurmağa nail olub.
QAPIÇILAR
Kamran Ağayev – AZAL-la oyunda meydana çıxmayıb. Ümumiyyətlə, o, uzun müddəti komandasının sıralarında deyil. Yalnız Rusiya ilə oyundan sonra “ağ-yaşıllar”ın əsas heyətinə dönə biləcək.
Anar Nəzirov – “Qəbələ”nin “Bakı” ilə oyununda çərçivəni qoruyub, bir qol buraxıb.
Səlahət Ağayev – “Sumqayıt”ın “Simurq”la görüşündə 90 dəqiqə oynayıb, bir qol buraxıb.
MÜDAFİƏÇİLƏR
Rəşad Sadıqov – “Qarabağ”ın “Kəpəz”lə oyununda 90 dəqiqə meydanda olub.
Bədavi Hüseynov – “Qarabağ”ın “Kəpəz”lə oyununda ehtiyatda qalıb.
Maksim Medvedev - Qarabağ”ın “Kəpəz”lə oyununda 90 dəqiqə meydanda olub.
Vladimir Levin – “İnter”in “Rəvan”la oyununda 90 dəqiqə meydanda olub.
Aqil Nəbiyev – AZAL-ın “Xəzər Lənkəran”la oyununda ehtiyatda qalıb.
Mahir Şükürov – “Neftçi”nin “Turan”la oyununda 90 dəqiqə oynayıb.
Əli Gökdəmir – “Hannover”in “Noymyunster”lə oyununun 46-cı dəqiqəsində meydana çıxıb və sona 7 dəqiqə qalmış qol vurub.
YARIMMÜDAFİƏÇİLƏR
Ruslan Abışov – “Xəzər Lənkəran”ın AZAL-la oyununda 90 dəqiqə meydanda olub.
Rahid Əmirquliyev – “Xəzər Lənkəran”ın AZAL-la oyununda 90 dəqiqə meydanda olub.
Murad Ağayev – “Sumqayıt”ın “Simurq”la oyununda 90 dəqiqə oynayıb.
Aleksandr Çertoqanov – “Qəbələ”nin “Bakı” ilə oyununun iştirak ərizəsinə salınmayıb.
Cavid Hüseynov – “Adana Demirspor”un “Adanaspor”la oyununda ehtiyatda qalıb.
Elhad Nəziri – “Milsami”nin “Akademiya” ilə oyununda 90 dəqiqə oynayıb.
HÜCUMÇULAR
Vaqif Cavadov – “Qarabağ”ın “Kəpəz”lə oyununda son 20 dəqiqədə meydanda olub.
Vüqar Nadirov - “Qarabağ”ın “Kəpəz”lə oyununda 61 dəqiqə meydanda olub.
Rauf Əliyev - “Qarabağ”ın “Kəpəz”lə oyununda 90 dəqiqə oynayıb. Simulyasiyaya görə sarı vərəqə alsa da, sonradan həmin cəza ləğv olunub.
Branimir Subaşiç – “Xəzər Lənkəran”ın AZAL-la oyununda 63 dəqiqə oynayıb və əvəzlənib.
Cihan Özkara – “Erciyesspor”un “Tavşanlı Linyitspor”la oyununda son beş dəqiqədə meydanda olub.
