16 oktyabr 2012 17:49
Yığmamız Rusiyaya məğlub oldu
Bu gün Moskvadakı "Lujniki" stadionunda Rusiya və Azərbaycanın futbol veteranlarından ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə rusiyalı futbol veteranlarının xeyrinə başa çatıb.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 20:00-da "Lujniki" stadionunda Rusiya və Azərbaycan milli komandaları qarşılaşacaq.
