16 oktyabr 2012 19:20
Lujniki yığmamızı qəbul etməyə hazırlaşır (FOTO)
Bu gün Moskvadakı “Lujniki” stadionunda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya və Azərbaycan yığmaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, qarşılaşmanın ən azı 65 min azarkeş tərəfindən izlənilməsi gözlənilir.
Arena özü 85 min azarkeş tutumuna malikdi. Artıq azarkeşlərin stadiona buraxılmasına başlanılıb.
Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu 20:00-da start götürəcək.
