16 oktyabr 2012 22:08
Şirokov: Azərbaycanlılar futbol oynamırdılar, sadəcə dayanmışdılar
Futbol üzrə Rusiya yığmasının futbolçusu Roman Şirokov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz prinsipcə, biz təsir bağışlamadıq, qol epizodları yaratdıq. 3-4 real qol vəziyyətimiz olsa da, yararlana bilmədik. Allaha şükür ki, sonda istəyimizə nail olduq. Onlar oynamırdılar, sadəcə dayanmışdılar. Biz rəqibdən nə gözləyirdiksə, onu da gördük”.
