16 oktyabr 2012 22:19
Berti Foqts: Biz hədəfimizə - Moskvada qol vurmağa nail ola bilmədik
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rusiyanı layiqli qələbə qazanması münasibətilə təbrik edirəm. Meydan sahibləri fiziki cəhətdən güclü idilər. Biz çox duruş gətirdik. Amma təəssüf ki, qarşımıza qoyduğumuz hədəfimizə - Moskvada qol vurmağa nail ola bilmədik”.
