16 oktyabr 2012 23:01
Maksim Medvedev: Dəqiq ötürmə olmadan əks-hücum etmək çox çətindi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz hücum edə bilmirdik. Çünki top saxlamağı bacarmırdıq. Öncədən əks-hücumlar təşkil etməyi düşünmüşdük. Amma bunu etmək çətin idi. Ən əsası ona görə ki, dəqiq ötürmələr yox idi. Prinsipcə, oyunumuzdan razı qaldım. Amma nəticədən yox”.
