16 oktyabr 2012 23:17
Kapello: Azərbaycan ilə oyunun belə alınmasında bəxt amilinin də rolu oldu
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mən hələ ötən gün də xəbərdarlıq etmişdim ki, bu, adi oyun olmayacaq. Çünki Azərbaycan yığması əvvəlki oyunlarında da ilk hissədə qol buraxmamışdı. Berti Foqtsun komandasının çox təşkilatlanmış oyun sərgilədiyini də bildirmişdim. Bütün bu keyfiyyətləri Azərbaycan yığması bu gün də meydanda nümayiş etdirdi. Amma bizim üçün əsas olan üç xal, qələbə qazanmaq idi. Bizim daha tez qol vurmaq şanslarımız da var idi. Lakin rəqib də meydana bizim kimi qələbə üçün çıxır. Baxmayaraq ki, oyunun belə alınmasında bəxtimizin gətirməməsi də rol oynadı”.
