16 oktyabr 2012 23:25
Aleksandr Səmədov: Azərbaycan yığmasını böyük hesabla da yenə bilərdik
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim hələ birinci hissədə də qol epizodlarımız oldu. Amma yararlana bilmədik. İkinci hissədə isə daha sürətli oynamağa başladıq. Allaha şükür ki, sonda qələbə qazanmağı bacardıq. Komandamızın bəzi epizodlarda bəxti də gətirmədi. Halbuki, daha böyük hesabla da qalib gələ bilərdik. Prinsipcə, əsas qələbə qazanmaq idi və buna da nail olduq”.
