16 oktyabr 2012 11:09

Mahir Şükürov: Rusiya ilə oyunda qələbə və ya bir xal yaxşı pul vəd edir

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə oyunu öncəsi qonşu ölkə jurnalistlərinə müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Azərbaycan Portuqaliyaya uduzduğu oyundan sonra Berti Foqts bilirdi ki, bu, pis nəticə deyil. Bəs siz necə hesab edirsiz?
- Onların heyətində “Real”, “Manchester United” və digər nəhəng klubların futbolçuları çıxış edir. Həmin oyunu 0:1 hesabıyla da uduza bilərdik. Amma məhz ilk qoldan sonra biz bir qədər ruh düşkünlüyünə qapıldıq və nəticədə darmadağın qeydə alındı.
 
- Bəs Rusiya səfərində hansı nəticə sizin üçün pis sayılmayacaq?
- Heç-heçəyə ümid etmək olar. Amma layiqli oyun sərgiləyib, minimal hesabla məğlub olsaq, bu da faciə sayılmaya bilər. Rusiya da Portuqaliya kimi qrupun favoritid. Məsələn, biz İsraillə evdə heç-heçə oynadıq, siz onlara səfərdə dörd cavabsız qol vurdunuz. Fərqi hiss edirsizmi? Fabio Kapello Rusiya yığmasında çox dəyişiklik edib. Arşavini, Pavlyuçenkonu, Poqrebnyakı artıq yığmaya çağırmır. İndiki yığma Advokatın dönəmindəki komanda ilə müqayisədə daha güclüdü. Xüsusilə də taktiki cəhətdən. Amma hər şeyə rəğmən, biz Rusiya ilə oyunda ağzımızı açıb, rəqibin bizə neçə qol vuracağını görmək fikrində deyilik. Biz də qələbə qazanmaq istəyirik. Biz Rusiyadan yenə xal ala bilsək, azarkeşlərin küçələrdə necə bayram edəcəklərini təsəvvürümə belə gətirə bilmirəm. Yaxşı pul da vəd olunur.
 
- Bakıdakı oyundan sonra nəticənin razılaşdırıldığı barədə söhbətlər dolaşırdı...
- Boş söhbətlər idi. Bu, sənin ölkənin bayrağıdı, FİFA reytinqi üçün oynayırsan. Bu, klub deyil ki, kiminləsə, nəyisə razılaşdırasan. Yığma səviyyəsində hansısa danışıqların olmasına inanmıram.
 
- Elə isə, öz yığmanız haqda danışardınız...
- Hazırlaşırıq. Bütün güclülərimiz yığmadadılar. Süni örtüklü meydanda hazırlaşırıq. Ona görə də çətin ki, “Lujniki” bizi təəccübləndirsin.
 
- Foqts deyir ki, futbolçuların çoxu yığmaya yorğun gəlib. Siz yorğunsunuz?
- “Neftçi” son dövrlər 3-4 gündən bir oyuna çıxır. Çempionat, Avropa Liqası. Şübhəsiz ki, məndə yorğunluq var. Amma Rusiya ilə oyunda meydana çıxacağıma şübhə etməyə bilərsiz.
 
- Foqts artıq beş ildi ölkənizdə çalışır. O, necə məşqçidi?
- Siz yəqin ki, alman məşqçilərin hər şeydən çox nəyi sevdiyini bilirsiz.
 
- İntizam?
- Təbii ki! O, bizə deyir ki, intizam varsa, nəticə də olacaq. O, həmçinin bizim işimizə ən azı onun qədər dözümlü yanaşmağımızı istəyir. Mən deyərdim ki, o, öz işinin fanatıdı.
 
- Bəs inkişaf hanı?
- Necə hanı? DÇ-2010-un seçmə mərhələsində 5 xal topladıq. AÇ-2012-nin seçmə mərhələsində 7 xalımız oldu. Bu dəfə isə daha çox xal toplamağı qarşımıza məqsəd qoymuşuq. Bu, realdı. Çünki hələ qarşıda Rusiya, Şimali İrlandiya, Lüksemburqla ev oyunlarımız var.
 
- Azərbaycan geridə qalan dövrdə çoxmu dəyişib?
- Fiziki cəhətdən artırmışıq. Amma əsas odu ki, komanda oyununda irəliləyiş var. Uşaqlar qaçırlar, mübarizə aparırlar. Artıq rəqiblərimizdən qorxmuruq, hər oyunda qol vururuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.