16 oktyabr 2012 11:14
PFL-dən təqvimdə növbəti dəyişiklik
Azərbaycan kubokunun oyunlarının keçirilməsi ilə əlaqədar olaraq cari mövsümün təqvimində növbəti dəyişikliklər edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Qala” – “Kəpəz” oyunu 22 oktyabr 2012-ci il tarixində keçiriləcək.
Birinci divizionun 7-ci turunun “Qala” – “Şuşa” və “Lokomotiv” - “Qaradağ Lökbatan” oyunları isə 21 oktyabrdan 19 oktyabr tarixinə keçirilib.
