16 oktyabr 2012 11:25
Neftçi, İnter və Bakının oyunları təxirə salındı
“Neftçi” və “İnter” klublarının üzvlərinin 14 oktyabr 2012-ci il tarixində 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının, 17 oktyabr 2012-ci il tarixində isə 19 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində təlim-məşq toplanışında iştirak edəcəyini nəzərə alaraq təqvimdə dəyişikliklər edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, əvəzedici heyətlərin çempionatında 9-cu turun “Neftçi” – “Kəpəz”, “İnter” – “Simurq” və 10-cu turun “Bakı” – “İnter” oyunları başqa tarixə keçirilib.
