16 oktyabr 2012 11:38
Premyer Liqamız yenidən mərkəzi arenaya qayıtdı
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 9-cu turun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti oyunları 19-21 oktyabr tarixlərində keçiriləcək.
9-cu turun ən diqqətçəkən məqamlarından biri uzun fasilədən sonra Premyer Liqa matçının Tofiq Bəhramov adına Respublika stadionuna salınmasıdı. Qeyd edək ki, “Qarabağ” ev oyunlarını bundan sonra məhz mərkəzi arenada keçirəcək.
Turun oyun cədvəli aşağıdakı kimidi:
Topaz Premyer Liqası
9-cu tur
19 oktyabr (cümə)
“Neftçi” – “Kəpəz”
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 16:00
20 oktyabr (şənbə)
“Turan” – AZAL
Tovuz şəhər stadionu, 16:00
“Qarabağ” – “Bakı”
T.Bəhramov adına Respublika stadionu, 16:00
“İnter” – “Simurq”
“Şəfa” stadionu, 18:00
21 oktyabr (bazar)
“Sumqayıt” – “Rəvan”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00
“Xəzər Lənkəran” – “Qəbələ”
Lənkəran şəhər mərkəzi stadionu, 17:15
