16 oktyabr 2012 00:04
Ramiz Məmmədov: Yığmamız Rusiyadan bir xalla qayıda bilər
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Azərbaycan yığmasına və futbolçularımıza inanıram. Lüksemburqun Portuqaliya ilə necə oynadığını hamı gördü. Yaxud Farer adalarının İsveçrə ilə görüşü olsun. Rusiya özü də Portuqaliyaya qarşı yaxşı oynadı və layiqli bir xal qazandı. Amma bəxt amili də onların dadına çatdı. Azərbaycan millisi də Rusiyada öz oyununu sərgiləməlidi. Biz ən azı heç-heçə oynaya bilərik. Uşaqlar bu matçda nəticəyə oynamalıdılar. Moskvadan bir xalla qayıtmaq üçün başqa yol yoxdu”.
