16 oktyabr 2012 11:49
9-cu turun proqramı açıqlandı
Həftəsonu Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 9-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, “Neftçi” – “Kəpəz” və “İnter” – “Simurq” qarşılaşmaları təxirə salındığından 19-20 oktyabr tarixlərində 9-cu turun dörd oyunu baş tutacaq.
Növbəti turun oyun cədvəli aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
9-cu tur
19 oktyabr (cümə)
“Turan” – AZAL
Tovuz şəhər Olimpiya İdman Kompleksinin stadionu, 16:00
“Qarabağ” – “Bakı”
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu, 16:00
20 oktyabr (şənbə)
“Sumqayıt” – “Rəvan”
Şağan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu, 15:00
“Xəzər Lənkəran” – “Qəbələ”
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu, 16:00
