16 oktyabr 2012 00:23
Mahmud Qurbanov: Ola bilər ki, Rusiyaya ilk qolu biz vuraq
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rusiya bu oyuna böyük istəklə çıxacaq. Rəqib Portuqaliyanı məğlub edib və yığmamıza da eyni aqibəti yaşatmaqla, yüz faizli nəticəsini davam etdirmək istəyir. Çünki liderliklərini qorumaq üçün bu, vacibdi. Lakin buna baxmayaraq, biz hamımız yığmamızdan layiqli oyun gözləyirik. Rusiya hələ bir dənə də qol buraxmayıb. Ola bilər ki, onlara ilk qolu biz vuraq. Bu qol bizə yaxşı nəticə qazandırsa, daha yaxşı olardı. Yəqin ki, Berti Foqts Rusiya ilə necə oynamaq lazım olduğunu yaxşı bilir”.
