16 oktyabr 2012 11:57
Narvik Sirxayev: Rusiya – Azərbaycan matçı 1:1 hesabıyla bitəcək
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Narvik Sirxayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Rusiya – Azərbaycan görüşü öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Azərbaycanlılar müdafiədən oynamalı olacaqlar, əks-hücumlardan istifadə edəcəklər. Berti Foqts adətən beş müdafiəçi, dörd yarımmüdafəçi və bir hücumçu ilə oynayır. İnanın ki, Cihan Özkara və Vaqif Cavadov Rusiyaya problem yaşada bilər. Lakin fərdi cəhətdən rusiyalı futbolçular rəqiblərindən qat-qat güclüdülər. Azərbaycan bu oyunda yalnız kollektiv oyun sayəsində nəyəsə ümid edə bilər. Futbolda proqnoz vermək çox çətindi. Fikrimcə, qarşılaşma 1:1 hesabıyla başa çatacaq”.