17 oktyabr 2012 12:59

Ağasəlim Mircavadov: Rusiya ilə oyunda Neftçinin futbolçularına ehtiyac var idi

Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Rusiyaya qarşı oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
 
“Mən deməzdim ki, biz o qədər də pis oynadıq. Rəqib xüsusi olaraq nəsə yaratmadı. Braqada daha çətin anlar yaşamışdıq. Bu dəfə komandamız hətta ilk 15 dəqiqədə oyunu hücumda keçirdi. Amma sonra oyunumuzu itirdik. Komandamızın fədakarlığı xoşuma gəldi. Düzdü, səhvlər var idi. Lakin bunlar o qədər də faciəvi səhvlər deyildi. Uşaqlar başa düşməli idilər ki, cərimə meydançasında “podkat” etmək lazım deyil. Axı bu, birinci dəfə deyil. Bu oyunda millinin heyətində topla oynaya bilən orta sahə oyunçusuna ehtiyac var idi. Çünki hücumçuları normal ötürmələrlə təmin edən yox idi. Düzdü, topsuz çox yaxşı hərəkət edirdik. Amma futbolda topla oynamaq, qol vurmaq da var. Bu görüşdə “Neftçi”nin futbolçularından Rəşad Sadiqov, Cavid İmamverdiyev və Mirhüseyn Seyidovun iştirakı bizə problem yaratmazdı. Çünki onlar topla oynamağı bacarırlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.