17 oktyabr 2012 13:08
Branimir Subaşiç: Rusiya ilə oyunda hər şeyin daha yaxşı bitəcəyini gözləyirdim
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
- Biz müdafiədən oynamağa çalışırdıq. Lakin sonda heç-heçə hesabını da qoruya bilmədik. Mənə elə gəlir ki, biz ən axı uduzmamağa layiq idik
- Fasilədə Berti Foqtsun sizi əvəzləməsi yorğunluqla bağlı idi?
- Rəqib güclü olduğundan çox hərəkət etməli olurduq. Topu ələ keçirmək üçün pressinq etməyə məcbur idik. Bu üzdən hamı kimi, mən də yorulmuşdum. Çox təəssüf ki, qol vura bilmədim.

- Rusiyalı müdafiəçilərə qarşı mübarizə aparmaq çox çətin idi?
- Əlbəttə, onların funksional hazırlığı daha yüksək səviyyədədi. Amma mən onlara qarşı əvvəllər də oynamışdım. Çünki vaxtilə Rusiya çempionatında da çıxış etmişəm. Hazırda Rusiya yığması çox güclüdü.

- Niyə təhlükəli vəziyyətlər yarada bilmirdiniz?
- Biz çalışırdıq yaxşı oynayaq, hücumlar təşkil edək. Amma müdafiədən hücuma keçərkən səhvlərə yol verirdik. Bunun üzərində çalışmağımız lazımdı.

- 84-cü dəqiqəyə qədər qol buraxmayacağınızı gözləyirdiniz?
- Mən ümumuyyətlə hər şeyin daha yaxşı başa çatacağını gözləyirdim. Özü də bu inam sadəcə sözdə deyildi. Biz xal qazana bilərdik. Hər şeyi hakimin mübahisəli penalti qərarı korladı.

- Sizə elə gəlmir ki, Rusiya yığması komandamızı düzgün qiymətləndirməmişdi?
- Xeyr, mən belə bir şey hiss etmədim.
- Xeyr, mən belə bir şey hiss etmədim.
- Oyunun makedoniyalı hakiminə serb dilində nəyisə başa salmağa cəhd göstərmədiniz?
- Xeyr. Çünki penalti təyin olunan zaman mən ehtiyat oyunçular skamyasında əyləşmişdim.