17 oktyabr 2012 13:17
Kamran Ağayev Şimali İrlandiya ilə oyunu buraxacaq
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya ilə növbəti oyunu buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, buna “Xəzər Lənkəran”lı qolkiperin cəzalı duruma düşməsi səbəb olub.
Məsələ burasındadı ki, Kamran yığmamızın son iki rəsmi matçında ardıcıl olaraq sarı vərəqə ilə cəzalanıb. Məhz Portuqaliya və Rusiya ilə oyunlardakı vərəqələr Ağayevin cəzalı duruma düşməsinə gətirib çıxarıb.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də keçiriləcək.
