17 oktyabr 2012 01:12
Polşa - İngiltərə oyunu baş tutmadı
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilməli olan bir oyun baş tutmayıb. Azerisport.az xəbər verir ki, Polşa – İngiltərə qarşılaşması təxirə salınıb.
H qrupunun oyununun keçirilməməsinə səbəb güclü yağış olub. Qarşılaşmanın keçirilməli olduğu Varşavada güclü yağış stadionu yararsız hala salıb. Bu səbəbdən matç təxirə salınıb.
