17 oktyabr 2012 01:58
Bakının futbolçusu fərqləndi, komandası qələbə qazandı
Futbol üzrə Latviya milli komandası növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, latviyalılar DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lixtenşteyni qəbul ediblər.
Oyun Latviyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 29-cu dəqiqədə Vladimir Kameş açıb. 77-ci dəqiqədə Edqar Qauraç matçın yekun nəticəsini müəyyənləşdirib.
Baş məşqçi Aleksandr Starkov “Bakı”nın futbolçularına – Denis İvanovla Maris Verpakovskiyə start heyətində şans verib. İvanovs 54-cü dəqiqədə sarı vərəqə alıb, Verpakovski isə 85-ci dəqiqədə Artur Zuzinlə əvəzlənib. AZAL-ın futbolçusu Oskar Klyava isə bu dəfə 23 nəfərlik heyətə düşməyib.
