17 oktyabr 2012 02:02
Vaqif Cavadov: Biz Rusiyadan xal aldığımıza inanmışdıq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox üzücü məğlubiyyətdi. Biz artıq Rusiyadan xal aldığımıza inanmışdıq. Hakimin qərarı bizim planlarımızı korladı. Amma eybi yoxdu. Bakıda qələbə qazanmağa çalışacağıq”.
