17 oktyabr 2012 02:08
Goergi Popxadze ehtiyatda qaldı, Gürcüstan məğlub oldu
Futbol üzrə Gürcüstan millisi növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, gürcülər DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Belarusun qonağı olublar.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belarusun heyətində Renan Breşşan və Stanislav Draqun fərqlənib.
Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya “Bakı”nın futbolçusu Georgi Popxadzeyə şans verməyib. O, matçı ehtiyat oyunçular skamiyasından izləyib.
