17 oktyabr 2012 14:06
Vasili Berezutski: Azərbaycana sadəcə bir qol vurmağımız məyusluq yaradır
Futbol üzrə Rusiya yığmasının müdafiəçisi Vasili Berezutski DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox ağır oyun oldu. Xoşbəxtlikdən biz penalti sayəsində qol vurub, qələbə qazana bildik. Lakin bu oyun göstərdi ki, bizim yaratdığımız qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz var. Bu gün bizim üçün qələbə qazanmaq çox vacib idi. Mən hətta Roman Şirokovun penaltini qaçıracağı halda yenə qələbə qazanacağımıza inanırdım. Ola bilsin ki, indi Azərbaycana yalnız bir qol vurmağımız məyusluq yaradır. Elə stadionun bir qədər boş olması da. Amma reallıq belədi. Bu gün iş günü idi və oyuna gəlmək üçün o qədər də münasib deyildi”.
