17 oktyabr 2012 02:11

“Azərbaycan yığması ilə oyun Portuqaliya ilə görüşdən daha çətin keçdi”

Futbol üzrə Rusiya yığmasının hücumçusu Aleksandr Kokorin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Azərbaycanın bir dənə də qol epizodu olmadı. Çünki bütün komanda arxada oturmuşdu. Belə komandaya qarşı oynamaq çox çətindi. Bizim yaratdığımız qol epizodlarını dəyərləndirə bilməməyimizə gəlincə, burda həm bəxt, həm də ustalıq səviyyəsinin çatışmaması sözünü dedi. Mən deyərdim ki, Azərbaycanla oyun Portuqaliya ilə görüşdən daha çətin keçdi. Çünki əvvəlki oyunda biz daha çox müdafiə olunurduq. Bu dəfə isə rəqibimiz müdafiə olunurdu və biz, qol vurmaq üçün bütün gücümüzü meydanda qoymalı olduq. Azarkeşlərin bu oyunda stadionu doldurmamasını normal hal saymıram. Təbii ki, Portuqaliya ilə görüşdə olduğu kimi, anşlaq olmasını görmək daha xoş olardı. Başa düşürəm ki, hamı Azərbaycanla oyunda hamı beş qol vurmağımızı istəyirdi. Lakin əsas qələbə qazanmaq, zirvədə qalmaq idi ki, buna da nail olduq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.