17 oktyabr 2012 14:19
“Azərbaycan futbol oynamırdı, bizə də oynamaq imkanı vermirdi”
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Denis Qluşakov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizə bu oyunda çox çətin oldu. Elə təəssürat var idi ki, Azərbaycan futbol oynamaq istəmir. Biz çoxlu qol vəziyyətindən yararlana bilmədik. Çünki rəqib öz cərimə meydançasına qapanmışdı. Müdafiə olunmaq hücum etməkdən daha asandı. Hakim penalti təyin etməyə borclu idi. Çünki ondan əvvəl daha iki mübahisəli epizod var idi. Portuqaliya ilə oyunda ona görə hər şey fərqli idi ki, onlar futbol oynayırdılar. Azərbaycan isə sadəcə bizə mane olmağa çalışırdı”.
