17 oktyabr 2012 14:27

Tuayev: Foqtsun yeganə çatışmazlığı komandamıza normal əks-hücum etməyi öyrədə bilməməsidi

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Rusiyaya qarşı oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
 
“Bu, komandamızın səfər oyunu üçün heç də ən pis nəticələrdən biri sayıla bilməz. Amma nəticə daha yaxşı ola bilərdi. Təbii ki, hakim olmasaydı. Onun yanlış qərarı olmasaydı, yığmamız heç-heçəyə nail ola bilərdi. Məgər belə penalti təyin edərlər? Açıq deyim ki, o hakim oyuna hazır deyildi. Müdafiədə pis oynamadıq. Foqtsun yeganə səhvi ondadı ki, bu qədər illər ərzində komandamıza normal əks-hücum etməyi öyrədə bilməyib. Bu oyunda bir-iki normal əks-hücum qurmağımız lazım idi. Buna nail ola bilsəydik, daha fərqli nəticə qeydə alına bilərdi. Həm də mən Branimir Subaşiçin meydana buraxılmasının səbəbini başa düşmədim. O, komandamızın düz altı hücumunu boşa verdi. Rauf Əliyev oynasaydı, daha yaxşı ola bilərdi”.
 
Tuayev rəqib komandanın oyununu daha kəskin tənqid edib: “Rusiya yığmasında komanda oyunu yoxdu, biabırçılıqdı. Orda cəmi bir futbolçu var – Roman Şirokov. Qalanlarını heç futbolçu da adlandırmaq olmur. Düzdü, 12 xal toplayıblar. Amma ruslar bu oyunla dünya çempionatına getməyə çətin ki, nail ola bilərlər. Yeri gəlmişkən, bir dəfə Şirokov öz Tvitterində rəqiblərindən birini kolxoz komandası adlandırmışdı. Mənə maraqlıdı, o, öz komandasını hansı kolxoza aid edərdi”?
 
Tuayev həmçinin Azərbaycan əsilli Aleksandr Səmədovun yığmamıza qarşı oynamasından da danışıb: “Böyük Fuad Musayev vaxtilə Səmədovun xidmətindən imtina etməklə düzgün addım atdı. O, futbolçudu ki? O vaxt bu oyunçundan ona görə imtina edildi ki, patriot hissi yox idi. Onda Azərbaycana meyl yox idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.