17 oktyabr 2012 02:47
AZAL-ın futbolçusu San Marino üzərində qələbədə pay sahibi oldu
Futbol üzrə Moldova millisi növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, moldovalılar San Marinonun qonağı olublar.
Oyun Moldovanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. San Marinonun qapısına Dadu və Epureanu yol tapıb.
Bu oyunda AZAL-ın futbolçusu Artur Patraş da forma geyinib. Moldova millisinin baş məşqçisi İon Karas onu 59-cu dəqiqədə Suvorovun yerinə meydana buraxıb.
