17 oktyabr 2012 14:54
Cavid Hüseynov: Bu şəkildə məğlub olmaq çox üzücüdü
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
“Bizə bu oyunda soyuqqanlılıq çatışmadı. 84 dəqiqə duruş gətirdikdən sonra penalti qolu ilə məğlub olmaq çox üzücüdü. Sona qədər dayanmalıydıq. Artıq Şimali İrlandiya ilə növbəti oyunda işimiz daha çətin olacaq. Çünki hücum etməliyik. Belə olan halda istər-istəməz orta sahədə boşluqlar yaranacaq”.
